Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü və "PAŞA Holdinq" MMC-nin dəstəyi ilə reallaşan "AXIN" #SabirArt layihəsinin iştirakçıları üçün Sabirabadda Milli Olimpiya Komitəsinin 30 illiyi əlaqədar keçirilən ağır atletika yarışında etüd təşkil olunub.
Gənc rəssamlar yarışa qatılan idmançıların həyəcanını və yarış prosesini impressionizm üslublu rəsmlərdə təsvir ediblər.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov #SabirArt layihəsinin iştirakçıları ilə görüşüb və onlara uğurlar arzu edib.
Qeyd edək ki, #SabirArt layihəsinin 10 gənc rəssamından 6-sı Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəssamlıq dərnəyinin üzvləridir.