Bölgələrdəki mədəniyyət müəssisələrində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin (1969-cu il 14 iyul) 53-cü ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilib.

Ağdaş Regional Mədəniyyət İdarəsi (RMİ) Ağdaş rayon Mərkəzi Kitabxanasının oxu zalında “Müstəqil Azərbaycanın təməl tarixi” adlı tədbir keçirilib. Tədbirdə “Yeni tarixin başlanğıcı” adlı videoçarx nümayiş olunub.

***

Masallı RMİ Masallı rayon Mərkəzi Kitabxanasında “Dahi və bənzərsiz lider” mövzusunda tədbir keçirilib. Tədbirdə kitabxananın direktoru Əlhəddin Nəzərov çıxış edib. Ulu öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən danışıb.

***

Ağstafa RMİ Ağstafa rayon Heydər Əliyev Mərkəzində “1969-cu ilin 14 iyulu: Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib. Tədbirdə ulu öndərə həsr olunmuş film nümayiş olunub.

***

İsmayıllı RMİ və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanın Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, davamlı inkişaf” adlı elmi-praktik konfrans keçirilib. İlk olaraq Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən kitablardan və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib. Konfransda İsmayıllı RMİ-nin rəisi Elçin Nəcəfov, Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent Sübhan Talıblı və digərləri çıxış ediblər.

***

Şəki RMİ Balakən rayon Heydər Əliyev Mərkəzi, rayon İcra Hakimiyyəti və YAP Balakən rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova və həmin şöbənin müdir müavini Fariz Nəcəfov, Balakən Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva çıxış ediblər.

N.Məmmədli