Lənkəran RMİ, Lənkəran Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə “Gənclərin asudə vaxtının səmərəli təşkili” layihəsi çərçivəsində kəndlərdə silsilə görüşlər keçirilir.
Növbəti belə görüş Sütəmurdov kənd Diyarşünaslıq evi və Mamusta kənd Folklor evində təşkil edilib. Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov bildirib ki, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili üçün mədəniyyət evlərinin nəzdində təşkil olunan dərnəklərə cəlb olunması vacibdir.
Lənkəran Gənclər və İdman İdarəsinin rəis vəzifəsini icra edən Teymur Babazadə sağlamlıqlarını qorumaq üçün insanların erkən yaşlarından idmanla məşğul olmalarını qeyd edib.
Tədbirin bədii hissəsində adı çəkilən mədəniyyət müəssisələrində özfəaliyyət dərnəklərinin üzvləri şeirlər və musiqi nömrələri təqdim ediblər.