Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə iyulun 29-da Nardaran qəsəbə Mədəniyyət Mərkəzində "Kilimarası" kukla teatrı kollektivi uşaqlar üçün "Çörək" adlı kukla tamaşası nümayiş etdirib.

Baş İdarədən bildirilib ki, tamaşanı nümayiş etdirməkdə məqsəd uşaqların yay tətilini səmərəli təşkili ilə yanaşı, onlara ədalət və xeyirxah hisslər, eləcə də geniş düşüncə, həmçinin cəsarətli fikir yürütmək bacarığı aşılamaqdır.

Kukla tamaşası uşaqlar tərəfindən maraqla qarşılanıb.