Mədəniyyət Nazirliyi “Azərbaycan – qədim sivilizasiya məskəni” adlı videolayihənin ikinci buraxılışını təqdim edib. Buraxılış mədəniyyətimizin paytaxtı Şuşanın musiqi irsinə həsr olunub.

“Şuşa – musiqi beşiyi” adlı videoçarxda tarixi məskənimiz Şuşanın musiqi mədəniyyətindən, tanınmış musiqiçilərindən bəhs olunur.

Layihənin süjet xətti xanəndələrinin özünəxas məlahətli səsi, ifaçılarının məharəti ilə daim diqqət mərkəzində olan qədim şəhərin tarixinə qısa səyahət, eləcə də rəngarəng folklorumuzun tərənnümündən ibarətdir. Çağdaş dövrdə də qürur mənbəyimiz Şuşanın musiqi irsinin öyrənilməsi, tədqiq və təbliğindən bəhs olunur.