Azərbaycanlı kinorejissor və prodüser Fariz Əhmədov 15-28 avqust tarixlərində Moskvada keçiriləcək “Doker” Beynəlxalq Sənədli Filmlər Festivalının münsiflər heyətinə üzv seçilib.

Festivalda 25 ölkədən ümumilikdə 65 film təqdim olunacaq. Festivalın mətbuat xidmətindən bildirilib ki, əsas müsabiqə proqramına Avstriya, Böyük Britaniya, İtaliya, Çin, Meksika, Hollandiya, Peru, Portuqaliya, Rusiya və Fransa istehsalı olan filmlər daxildir.

Azərbaycanlı kinorejissor Fariz Əhmədov qısametrajlı filmlər müsabiqəsinin münsiflər heyətində yer alıb. Onunla yanaşı, filmləri rejissor və ssenarist Vladimir Qolovnev (Rusiya), kinematoqrafçı və rəssam Kamilla Rodrigez Triana (Kolumbiya) qiymətləndirəcəklər.

Bu il “Doker” Beynəlxalq Sənədli Filmlər Festivalı səkkizinci dəfə keçiriləcək.