Mütəxəssislər YARAT-da bir araya gəliblər

 

YARAT Müasir İncəsənət Mərkəzində dünyanın məşhur yaradıcılıq festivallarından sayılan “Cannes Lions” və “Endorphin” reklam agentliyinin birgə əməkdaşlığı ilə yaradıcı və marketinq sektorunda fəaliyyət göstərən mütəxəssislər üçün hazırlanan “Reklamda kreativlik” adlı tədbir keçirilib.

Tədbirdə “Cannes Lions 2022” festivalından yenicə qayıtmış Azərbaycan təmsilçiləri – “Young Lions” müsabiqəsinin gənc iştirakçıları və festivalın əsas bölümündə iştirak etmiş reklam agentliklərinin, həmçinin müxtəlif yerli brendlərin nümayəndələri fikir mübadiləsi aparıb, bilik və təcrübələrini bölüşüblər.