Respublika elmi konfransı keçiriləcək
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Muzeyşünaslığın tədrisi problemləri” mövzusunda keçiriləcək IV respublika elmi konfransına məruzə qəbulu aparılır.
ADMİU-nun 100, muzeyşünaslıq ixtisası üzrə mütəxəssislərin buraxılışının 25 illiyinə həsr olunan konfrans dekabrın 16-da keçiriləcək.
Muzey təhsili – nəzəriyyə və təcrübə, Azərbaycanda muzey işinin öyrədilməsinin yeni istiqamətləri və digər məsələlərə həsr olunan konfransda iştirak etmək istəyənlər məruzələrini noyabrın 7-dən gec olmayaraq Azərbaycan, ingilis və rus dillərindən birində surəti elektron daşıyıcıda və ya muzeyshunasliq@bk.ru elektron poçtu vasitəsilə təşkilat komitəsinə təqdim edə bilərlər.
Qəbul edilmiş məqalələrin nəşri ödənişlidir. Konfrans materialları toplu halında tədbirin sonunda iştirakçılara təqdim olunacaq.
Konfransda iştirak və məruzənin tərtibi qaydaları ilə ADMİU-nun saytında ətraflı tanış olmaq mümkündür.