Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) publik hüquqi şəxsə çevrilib və Nizamnaməsi təsdiq edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı avqustun 12-də Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.

ADMİU-nun Nizamnaməsində bakalavriat səviyyəsi üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması, magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi, eləcə də doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi, orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi kimi fəaliyyət istiqamətləri nəzərdə tutulub.