Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəşri olan  "Xəzər" jurnalının növbəti sayı çapdan çıxıb.

Jurnalın bu sayında oxucular "Korifeylər" rubrikasında Fyodor Dostoyevskinin "Zavallılar" romanı; "Slovakiya ədəbiyyatı" rubrikasında Peter Yaroşun "Ceviz", "Ay bədirlənəndən sonra" hekayələri; "Polyak poeziyası" rubrikasında Vislava Şimborskanın şeirləri; "Türk dünyası" rubrikasında Timur Pulatovun "Mülk" hekayəsi; "Memuar" rubrikasında Vladimir Mayakovskinin məktubları; "Çağdaş rus ədəbiyyatı" rubrikasında Vladimir  Sorokinin "Snayperin səhəri", "Ov mövsümünün açılışı", "Ağ gözlü qara at" hekayələri; "Teatr" rubrikasında – Harold Pinterin "Mətbəx lifti" pyesi və digər əsərləri oxuya bilərlər.