Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2022-ci il tarixli Qərarı ilə “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı” təsdiq edilib.

Baş nazir Əli Əsədovun imzaladığı qərarda “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı”nın Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq təsdiq edildiyi qeyd olunur.

Avqustun 16-da Baş nazir Əli Əsədov tərəfindən həmçinin “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.