Bakıdakı Rus Evinin təşkilatıçılığı ilə keçirilən rus dili üzrə XIV olimpiadanın və gənc qiraətçilərin “Canlı klassika” beynəlxalq müsabiqəsinin qaliblərindən ibarət ikinci qrup “Salam, Rusiya!” proqramı üzrə Samara vilayətinə yola düşüb.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən bildiriblər ki, uşaqlar bir həftə ərzində mədəni və ekskursiya proqramı çərçivəsində Samara və Tolyatti şəhərlərində olacaqlar.

Qeyd edək ki, “Salam Rusiya!” proqramı “Rossotrudniçestvo” tərəfindən 2014-cü ildən icra edilir. Hər il proqram üzrə müxtəlif ölkələrdən 14-19 yaş arasında 700-dən çox gəncin Rusiya səfərləri təşkil edilir. Onlar Rusiyanın çoxmillətli mədəniyyəti ilə tanış olur, rus dilində təcrübəsini artırır və özlərinə dostlar qazanırlar.