2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 171 ölkəsindən 832 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu ilin yeddi ayında Azərbaycana gələnlərin 26,4 faizi Rusiya Federasiyası, 21 faizi Türkiyə, 11,6 faizi İran, 6,8 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan vətəndaşları olub.

Pakistan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, Qazaxıstan, Küveyt, İsrail, Oman, Böyük Britaniya və Özbəkistandan gələnlərin sayı müvafiq olaraq 1-3 faiz arasında dəyişib. Digər ölkələrdən gələnlərin sayı 1 faizdən az olub.