Respublika elmi konfransı keçiriləcək

 

Noyabrın 1-də Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsi 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 2-ci ildönümünə həsr olunan “Azərbaycan filoloji fikrində Qarabağ mövzusu” adlı respublika elmi konfransı keçirəcək.

Bu barədə fakültədən məlumat verilib.

Elmi konfransda iştirak etmək istəyənlər Azərbaycan, türk, rus və ingilis dillərində məruzələrin tezislərini (300-350 söz həcmində) oktyabrın 1-dək təşkilat komitəsinin garabag_konfransi2022@mail.ru ünvanına göndərə bilərlər.

Konfrans Qarabağ ədəbi-mədəni mühiti, Qarabağ torpağının yetirdiyi məşhur ədəbi şəxsiyyətlər və onların yaradıcılığı (əsərlərinin ideya-məzmun və dil xüsusiyyətləri), Qarabağ mövzulu ədəbiyyatın dili və üslubu və s. istiqamətlər üzrə təşkil olunacaq.