XIX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və ictimai xadim Xurşidbanu Natəvanın (1832-1897) anadan olmasının 190 illik yubileyi ölkəmizin sərhədlərindən uzaqlarda da müxtəlif layihələrlə qeyd edilir.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, yazar Fəridə Hicranın "Xan qızı Natəvan" poeması Albaniyanın “Galaktika Poetike Atunis” portalında ingilis dilində yayımlanıb. Poemanı ingilis dilinə Məsmə İsmayılova tərcümə edib.

Xatırladaq ki, bu ilin martında Beynəlxalq Qadınlar Günü münasibətilə Niderland Krallığının Haaqa şəhərində Avrasiya Fondunun dəstəyilə “Natəvanın izi ilə” layihəsi reallaşdırılıb. Layihə çərçivəsində şəhərin “An Hat Spui” teatrında F.Hicranın eyniadlı  pyesinin Niderland dilində tamaşası nümayiş olunub.