Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə videoçarx və virtual sərgi hazırlanıb.

Kitabxana əməkdaşları tərəfindən hazırlanmış videoçarxda ulu öndər Heydər Əliyevin Müslüm Moqamayev haqqında fikirləri, dünya şöhrətli sənətkarın həyatı və yaradıcılığı haqqında maraqlı məlumatlar, onun Azərbaycanda və dünya ölkələrində qazandığı uğurlar, oxuduğu və bəstələdiyi mahnılarla hər zaman sevənlərin qəlbində diqqətəlayiq yer tutduğu öz əksini tapıb.

“Müslüm Moqamayev-80” adlı virtual sərgidə sənətkar haqqında kitablar və dövri mətbuatda çıxan məqalələr təqdim edilib.

Hazırlanan materiallar kitabxananın saytında yerləşdirilib.