BBC-də yayımlanacaq

 

Britaniyanın BBC televiziyası “İpək Yolu – Azərbaycan möcüzələri” adlı silsilə verilişlər təqdim edəcək.

Bu barədə BBC məlumat yayıb. Proqramda tarixçi, yazar, səyyah Bettani Hyuz (Hughes) Qobustan və Şəkiyə səfərindən bəhs edir.

Səyyah əvvəlcə Qobustan çöllərində minilliklərlə tarixi olan qeyri-adi qayaüstü rəsmlər barədə izləyicilərinə məlumat verir. Daha sonra o, şimala, qədim İpək Yolu ilə səyahət edən tacirlər üçün mühüm dayanacaq olan Şəkiyə gedir və hələ də ənənəvi üsulla ipək istehsal edən toxucularla qarşılaşır, Şəki Xan sarayını ziyarət edir.

İlk verilişin yayımı avqustun 20-nə planlaşdırılıb.

Qeyd edək ki, professor Bettani Hyuz indiyə qədər “National Geographic”, “Discovery”, “PBS”, “Channel 4”, “Netflix”,” ITV” və “History Channel” üçün 50-dən çox televiziya və radio sənədli filmi çəkib. Onun proqramları dünyada milyonlarla tamaşaçı tərəfindən izlənilib.