Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 829,4 min nəfər olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu müddətdə ölkə vətəndaşlarının 47,9 faizi Türkiyəyə, 16,6 faizi Rusiyaya, 12,2 faizi İrana, 8,3 faizi Gürcüstana, 15 faizi isə digər ölkələrə səfər edib.

Eyni zamanda Azərbaycandan İrana səfər edənlərin sayı 2022-ci ilin yeddi ayında ötən illə müqayisədə 4,3 dəfə, Türkiyəyə gedənlərin sayı 2,2 dəfə, Gürcüstana gedənlərin sayı 1,9 dəfə, Rusiyaya gedənlərin sayı isə cəmi 23,2 faiz artıb.

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edənlərin 60,1 faizi hava, 37,3 faizi dəmiryolu və avtomobil, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.