Efiopiya, Yeni Zelandiya, Çad, Cənubi Afrika Respublikası və Monqolustanın  Azərbaycanda yeni diplomatik nümayəndələri təyin edilib.

Avqustun 18-də Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmudun, Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Zoe Daun Kolson-Sinklerin,  Çad Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adum Danqay Nokur Qetin, Cənubi Afrika Respublikasının Azərbaycandakı yeni səfiri xanım Dipuo Berta Letsatsi-Dubanın və Monqolustanın ölkəmizdə yeni təyin olunan səfiri Qombosuren Munxbayarın etimadnamələrini qəbul edib.