Bakı şəhərində görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin (1917-2000) heykəlinin ucaldılması üçün işlərə başlanılıb. Abidənin müəllifi heykəltəraş Tural Rzaquliyevdir.

Heykəl keçmiş “Bakı” mehmanxanasının yerində salınmış parkda (Fikrət Əmirov və 28 May küçələrinin kəsişməsi) ucaldılacaq. Ərazi hasara alınıb, tikinti işləri başladılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 may 2021-ci il tarixli sərəncamına əsasən, Tofiq Quliyevin abidəsinin ucaldılması Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinə tapşırılıb.