Avqustun 20-də Azərbaycanın dünya şöhrətli dirijoru, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyovun (1912-1984) anadan olmasının 110-cu ildönümü tamam oldu.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları bu münasibətlə “Niyazi Tağızadə - 110 adlı” videoçarx və “Maestro Niyazi” adlı elektron biblioqrafiya hazırlayıblar.

Kitabxanadan bildirilib ki, videoçarxda Niyazinin həyat və yaradıcılığı, ölkəmizdə və ölkəmizdən kənarda qazandığı uğurlar, dirijorluq və bəstəkarlıq fəaliyyəti haqqında məlumatlar əksini tapıb.

Biblioqrafiyada sənətkarın musiqi yaradıcılığı, təltifləri, görkəmli şəxslərin Niyazi haqqında fikirləri, Niyazinin 100 illik yubileyi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamı, Niyazinin mənzil-muzeyinin (Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı) ekspozisiyasından nümunələr, maestro haqqında kitablar və dövri mətbuat materialları əhatə olunub.

Hazırlanan materiallar kitabxananın saytında yerləşdirilib.