Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin "Qonağımız var" layihəsi davam edir. Baş idarə, Mirzağa Əliyev adına Mədəniyyət evi və Əmircan qəsəbə Mədəniyyət evinin birgə təşkilatçılığı ilə avqustun 22-də Suraxanı rayon Heydər Əliyev Mərkəzində layihə çərçivəsində tanınmış müğənni, Əməkdar artist Aybəniz Haşımova ilə görüş keçirilib.

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin nümayəndələri, mədəniyyət müəssisələrinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Dövlət himnimiz səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Aparıcı Günay Firudinqızı qonaqları salamlayaraq tədbiri açıq elan edib. Sonra Aybəniz Haşımovanın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

İcra başçısı Əziz Əzizov çıxış edərək belə görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb və Aybəniz Haşımovanı doğum günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıb.

Daha sonra müğənni tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb və mahnılar ifa edib.

Görüş Aybəniz Haşımova və "Bülbüllər” qrupunun ifasında “Vətəndən pay olmayır” mahnısı ilə başa çatıb.

Sonda xatirə şəkilləri çəkdirib.