“Sinqapur Hava Yolları” yenə birincidir

 

ABŞ-ın “Travel+Leisure” səyahət jurnalı oxucularının qiymətləndirmələrinə əsasən, “Ən yaxşı beynəlxalq hava yolları şirkətləri”nin növbəti siyahısı açıqlanıb.

Siyahı sərnişinlərin təhlükəsizliyi və rahatlığı, uçuş zamanı xidmət, yemək və müştəri xidmətlərinə görə tərtib edilib.

Səyahət jurnalının oxucularına görə, ilk üçlükdə “Sinqapur Hava Yolları”, “Qatar Airways” və “Emirates” aviaşirkətləri yer alıb. İlk onluqda həmçinin “Türk Hava Yolları”, “Korean Air”, “La Compagnie” (Fransa), “Air New Zealand”, “Japan Airlines”, “All Nippon Airways” (Yaponiya), “Cathay Pacific Airways” (Honkonq) qeyd olunub.

Qeyd edək ki, “Sinqapur Hava Yolları” 27 ildir sözügedən reytinqdə birinciliyi əldə saxlayır.