Sentyabrın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Bir millət, iki dövlət" adlı konsert proqramı keçiriləcək.

Azərbaycan və Türkiyə musiqiçiləri iştirak edəcəyi konsertdə Mustafa Mehmandarov və Bujor Hoyniçin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Türkiyədən olan vokal və solo ifaları müşayiət edəcək.

Gecədə Feryal Türkoğlu (soprano), Zeynep Halvaşı (metso-soprano), Aydın Uştuk (tenor), Ahmet Boram (qanun), Mehmet Yılmaz (bas) musiqisevərlərin könlünü oxşayacaq. Konsertdə Azərbaycan və Türkiyə bəstəkarlarının əsərləri səsləndiriləcək.

Lalə