71 il taxtda əyləşmişdi

 

Böyük Britaniya Kraliçası II Elizabet sentyabrın 8-də, ömrünün 97-ci ilində vəfat edib. Bu barədə Bukinqem Sarayı məlumat yayıb. Kraliça Şotlandiyadakı Balmoral qəsrində dünyasını dəyişib.

1926-cı il aprelin 21-də anadan olan II Elizabet (Elizabeth Alexandra Mary) atası Kral VI Georqun vəfatından sonra, 1952-ci il fevralın 6-da taxta çıxmışdı. Rəsmi tacqoyma mərasimi 2 iyun 1953-cü ildə keçirilmişdi.

II Elizabet Britaniya tarixində ən uzun müddət hakimiyyətdə olan monarx idi. Onun vəfatından sonra taxta 74 yaşlı oğlu və varisi, keçmiş Uels şahzadəsi Çarlz çıxıb. Onun Böyük Britaniya monarxı statusunda adı III Çarlz olacaq.

Kraliçanın vəfatı ilə bağlı Britaniyada 10 günlük matəm elan olunub.