Rusiyanın Sankt-Peterburq şəhərindən olan tarixçi İvan Asseyev Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda və Qəbələ Arxeoloji Mərkəzində olub.
Qəbələ rayonunda fəaliyyət göstərən “Savalan ASPİ Winery” MMC-nin dəvətlisi olaraq bölgəyə gələn rusiyalı tarixçi əvvəlcə qoruğun Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə tanış olub. Ona ərazidə dövri olaraq aparılan arxeoloji tədqiqatlar barədə ətraflı məlumat verilib.
Sonra qonaq Qəbələ Arxeoloji Mərkəzin sərgi salonlarında nümayiş etdirilən tarixi eksponatlarla tanış olub. Rusiyalı qonaq mərkəzin akt zalında “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” filminə də baxıb.
Rusiyalı tarixçi Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıb.