İsmayıllı RMİ İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə Xalq yazıçısı İlyas Əfəndiyevin “Natəvan” pyesinin II hissəsinin motivləri əsasında hazırlanan “Xan qızı – Natəvan” tamaşası nümayiş olunub.

Tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatına həsr olunub. Burada tarixi hadisələrin timsalında xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilib. Natəvanın şəxsi həyatı və ictimai fəaliyyəti bir nöqtədə birləşir: o, dərin vətənpərvərdir. Natəvan kübar cəmiyyəti təmsil etsə də, möhkəm tellərlə sadə insanlara bağlıdır. Xalqın taleyi Natəvanı düşündürən əsas məsələdir. O, bütün həyatını xalqının haqqının tanınması, sadə zəhmət adamlarının vəziyyətinin yüngülləşdirilməsi uğrunda mübarizəyə həsr edir.

Tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Nurəddin