Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova Qırğızıstanda keçirilən beynəlxalq simpoziuma onlayn formatda qatılıb.

UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurası – ICTM-in Türk dünyası musiqisi üzrə elmi tədqiqat qrupunun VIII beynəlxalq simpoziumunda Alla Bayramova “Musiqi mövzusu Azərbaycan ədəbiyyatında” adlı təqdimatla çıxış edib.