Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən mədəniyyət paytaxtımızın tarixindən, ziyarətgah və dini abidələrindən bəhs edən “Qədim Şuşa ibadətgahları” adlı sənədli videoçarx hazırlanıb.

Tərcümə Mərkəzindən bildirilib ki, beynəlxalq internet məkanında Azərbaycan, ingilis, rus, ispan, fransız, alman, türk, çex, gürcü, fars, ərəb və Ukrayna dillərində yayınlanan videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, eləcə də dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.