Ukraynada nəşr edilən “AvtoBiznesTur” reklam-informasiya jurnalının 2011-ci ilin dekabr nömrəsində “Azərbaycan güc və uzunömürlülük mənbəyidir” sərlövhəli böyük məqalə dərc edilib. Ölkəmizin Ukraynadakı səfirliyinin informasiya dəstəyi ilə hazırlanmış materialda respublikamız haqqında söhbət açılır, qeyd edilir ki, göy qurşağının zolaqları kimi rəngarəng olan bu şəfalı diyarın hər guşəsində tükənməz qüvvə, enerji, təmiz dağ havası, nadir mineral sular və daha neçə-neçə nemətlər cəmləşib.
   Məqalənin cəlbedici yarımsərlövhələri oxuculara çox şeydən xəbər verir: “Naftalanı olan kəsin hər şeyi var”, “Tarixi irs” və s. Zəngin illüstrasiyalı materialda ukraynalı oxuculara Azərbaycanın gözəllikləri, onun səfalı və şəfalı istirahət ocaqları barədə geniş məlumat təqdim edilir.
   Məqalədə Naxçıvan diyarına xüsusi yer verilib. Müəllif qeyd edir ki, Naxçıvan Cənubi Qafqazın ən qədim şəhərlərindən biridir. Ordubad rayonu ərazisindəki Gəmiqaya dağındakı abidələr eradan əvvəl IV-I əsrlərə aid edilir. Qazançı, Əlincə qalaları, Əshabi-Kəhf dini abidəsi, Mömünə Xatın, İbn-Küseyr və Qarabağlar türbələri Naxçıvanın qədim tarixə malik olduğunu göstərir.
   Yazıda vurğulanır ki, insan orqanizmi üçün faydalı zəngin minerallı Badamlı və Sirab suları şəfaverici qüvvəyə malikdirlər. Culfa rayonu ərazisindəki Darıdağ arsenli su mənbəyi isə bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Müalicə üçün buraya qonşu İran, Türkiyə, Qazaxıstan, Rusiya və başqa yerlərdən gəlirlər.
   Müəllif turist səfərinə çıxmaq istəyən ukraynalılara Naxçıvana getməyi məsləhət görür.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar