![](/img/news/700x420/7447.jpg)
Məqalənin cəlbedici yarımsərlövhələri oxuculara çox şeydən xəbər verir: “Naftalanı olan kəsin hər şeyi var”, “Tarixi irs” və s. Zəngin illüstrasiyalı materialda ukraynalı oxuculara Azərbaycanın gözəllikləri, onun səfalı və şəfalı istirahət ocaqları barədə geniş məlumat təqdim edilir.
Məqalədə Naxçıvan diyarına xüsusi yer verilib. Müəllif qeyd edir ki, Naxçıvan Cənubi Qafqazın ən qədim şəhərlərindən biridir. Ordubad rayonu ərazisindəki Gəmiqaya dağındakı abidələr eradan əvvəl IV-I əsrlərə aid edilir. Qazançı, Əlincə qalaları, Əshabi-Kəhf dini abidəsi, Mömünə Xatın, İbn-Küseyr və Qarabağlar türbələri Naxçıvanın qədim tarixə malik olduğunu göstərir.
Yazıda vurğulanır ki, insan orqanizmi üçün faydalı zəngin minerallı Badamlı və Sirab suları şəfaverici qüvvəyə malikdirlər. Culfa rayonu ərazisindəki Darıdağ arsenli su mənbəyi isə bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Müalicə üçün buraya qonşu İran, Türkiyə, Qazaxıstan, Rusiya və başqa yerlərdən gəlirlər.
Müəllif turist səfərinə çıxmaq istəyən ukraynalılara Naxçıvana getməyi məsləhət görür.