Meksikada UNESCO-nun Dünya Konfransı keçiriləcək

 

Sentyabrın 28-dən 30-dək Meksikada UNESCO-nun “MONDİACULT-2022” Mədəniyyət Siyasətləri və Davamlı İnkişaf üzrə Dünya Konfransı keçiriləcək.

40 il əvvəl, 1982-ci ildə Meksikada keçirilmiş “MONDİACULT” konfransına yenidən bu ölkə ev sahibliyi edəcək. “MONDİACULT-2022” konfransına 100-dən artıq ölkədən mədəniyyət nazirləri və digər rəsmilərin, BMT institutları, vətəndaş cəmiyyəti təşkilatları təmsilçilərinin qatılacağı gözlənilir.

Beynəlxalq ictimaiyyət tərəfindən arzu olunan yol xəritəsi kimi razılaşdırılmış BMT Davamlı İnkişaf Məqsədlərinin (2030) həyata keçirilməsində sonuncu onilliyə qədəm qoyulduğu vaxtda qlobal çağırışların öhdəsindən gəlmək və yaxın gələcək prioritetləri müəyyən etmək üçün UNESCO üzv dövlətləri davamlı mədəniyyət siyasəti haqqında düşünməyə dəvət edir. Məqsəd davamlı inkişaf perspektivlərinə, eləcə də həmrəylik, sülh və təhlükəsizliyin təşviqinə tam uyğunlaşdırılmış daha dayanıqlı və davamlı mədəniyyət sektorunu formalaşdırmaqdır.