Lənkəran RMİ Həzi Aslanovun Ev-Muzeyində Həcər Nəsirovanın “Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu” kitabının təqdimatı keçirilib.

Mərasimdə çıxış edən Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov kitabın gənc nəslin vətənpərvər ruhda böyüməsi, qəhrəmanlarımızın yaxından tanınması üçün dəyərli mənbə olduğunu deyib. Qeyd edib ki, qəhrəmanlıq tarixi yazan igidlərimiz hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq və onlar haqqında neçə-neçə kitablar, məqalələr ərsəyə gətiriləcək. İdarənin rəisi müəllifə təşəkkürünü bildirib, yeni uğurlar arzulayıb.

Digər çıxış edənlər kitabın əhəmiyyətini yüksək qiymətləndirərək Həzi Aslanovun döyüş yolundan söz açıblar.

Tədbir bədii proqramla davam edib.

Nurəddin