Rostropoviçlərin muzeyində mühazirə

 

Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində tədbir təşkil edilib.

Muzeyin böyük elmi işçisi Səbinə Qurbanova və elmi işçisi Rəhimə Həsənova Tofiq Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəbi, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin şagirdlərinə “Əziz dostum Üzeyir!” adlı elmi mühazirə keçiblər.

Mühazirədə Leopold Rostropoviç və Üzeyir Hacıbəylinin dostluq və yaradıcılıq əlaqələrindən bəhs edilib, muzeyin fondu və ekspozisiyasında yer alan nadir eksponatlardan ibarət videoçarx göstərilib.

Sonda şagirdlər Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüraya – Mstislav Rostropoviçin dirijorluq etdiyi konsertdən kadrlara baxıblar.