Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli 20-23 iyul tarixlərində Özbək Kinosu Günləri çərçivəsində Bakıda səfərdə olan Özbəkistan mədəniyyət nazirinin birinci müavini Avazxon Tadjixanovla görüşüb.

Söhbət zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq barədə söhbət açılıb. Kino, teatr, təhsil, qeyri-maddi mədəni irs sahələrində əməkdaşlığın gələcəkdə də səmərəli olacağına əminlik ifadə olunub.

Görüş barədə özbək tərəfin yaydığı məlumata görə, həmçinin TÜRKSOY-un himayəsi ilə çəkilməsi planlaşdırılan “Molla Nəsrəddin. Çətin günlərimin dostu” bədii filminin ssenarisi ilə bağlı məsələyə toxunulub.

Bundan əlavə, “Əlişir Nəvai və Füzuli” və “Maqsud Şeyxzadə” filmlərinin birgə çəkilişi perspektivləri nəzərdən keçirilib.

Sonda xatirə hədiyyələri təqdim edilib.