Sentyabrın 20-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə İçərişəhər Ağsaqqallar Şurasının üzvləri – Miniatür Kitab Muzeyinin yaradıcı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov və keramika ustası, heykəltəraş-rəssam Mir Teymur Məmmədov ilə görüşüb.

İdarənin mətbuat xidmətindən bildirilib ki, sədr İçərişəhər sakinləri ilə sıx münasibətlərin qurulmasında Şura üzvlərinin mühüm rolundan danışıb.

Görüşün sonunda Ş.Seyidzadə Şura üzvlərinə təşəkkürnamə təqdim edib.

Xatırladaq ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində 2009-cu ildə yaradılmış İçərişəhər Ağsaqqallar Şurasının məqsədi ictimai rəyi nəzərə alaraq mövcud məsələlərin həllində şəffaflığı, obyektivliyi təmin etməkdir.