Dövlət Pantomima Teatrının kollektivi sentyabrın 24-də “Dejavü” tamaşası ilə 30-cu mövsümə start verəcək.

Artıq neçə illərdir teatrın repertuarında olan və maraqla izlənilən tamaşanın müəllifləri Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir. Onlar həm də səhnə əsərinin quruluşçu rejissoru və rolların ifaçılarıdır. Musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir.

Qeyd edək ki, iki aktyorun iştirak etdiyi səhnə əsəri kişi və qadın münasibətlərindən bəhs edir.