Masallı RMİ Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Mədəniyyət Nazirliyinin tabeliyindəki Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən çap edilən “44 gün – tarixi Zəfər” adlı üçcildliyin I cildinin (“A-Ə” hərfləri üzrə) təqdimatı keçirilib.

Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov çıxış edərək tədbir barədə iştirakçılara məlumat verib.

Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova təqdimat mərasiminin sayca üçüncü olduğunu, ilk təqdimat mərasiminin Silahlı Qüvvələr Günündə Bakı şəhərində, ikincisinin isə bu ilin iyulunda Gəncə şəhərində keçirildiyini bildirib.

Digər çıxış edənlər nəşrin əhəmiyyətindən danışıb, şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, kitabın I cildində min nəfərə yaxın döyüşçü – Aprel döyüşlərində, Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib.

N.Məmmədli