5 oktyabr – Beynəlxalq Müəllimlər Günü 1966-cı ildə UNESCO-nun qərarı ilə təsis edilib. Əlamətdar gün Azərbaycanda da geniş şəkildə qeyd olunur. Təhsil-maarif sahəsində çalışanların peşə bayramı münasibətilə yerlərdəki mədəniyyət müəssislərində də tədbirlər keçirilib.
Ağdaş Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində “Müəllim ömrü” adlı tədbir keçirilib. Tədbirdə regional idarənin əhatə etdiyi Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbinin müəllimləri, rayon İcra Hakimiyyəti aparatının işçiləri, orta məktəblərin müəllimləri və mədəniyyət işçiləri iştirak ediblər.
***
Ağstafa RMİ Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Beynəlxalq Müəllimlər Günü münasibətilə 7 saylı körpələr evi-uşaq bağçasını ziyarət ediblər.
***
Sabirabad RMİ-nin tabeliyindəki uşaq musiqi məktəblərində çalışan müəllimlərin bir qismi ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində görüş keçirilib. Ötən ildən etibarən ənənə halını alan görüşdə idarə rəisi Fərid Qurbanzadə çıxış edərək Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib, işlərində onlara uğurlar arzulayıb. Sonra müəllimlər regional idarənin fəxri fərmanları ilə təltif olunub.
***
Gəncə RMİ Gəncə şəhər Heydər Əliyev Mərkəzi və MKS-nin 16 nömrəli kitabxana filialı “Zəfər tariximizi yazan tarix müəllimi” mövzusunda Vətən müharibəsinin şəhid müəllimi Rəşad Məmmədovun ailəsi ilə görüş keçirib.
Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi isə “Mənim sevimli müəllimim” adlı tədbir təşkil edib. Tədbirdə şagirdlər söylədikləri şeirlərlə müəllimlərini təbrik ediblər.
Nurəddin