İngilis dilində ədəbiyyat üzrə ən nüfuzlu təltif sayılan Buker mükafatının (The Booker Prize) mükafatının 2022-ci il üzrə qalibi əslən şri-lankalı yazıçı Şehan Karuntilaka olub. O, “Maali Almeydanın yeddi ayı” romanına görə mükafata layiq görülüb. Mükafat oktyabrın 17-də keçirilən mərasimdə yazıçıya təqdim edilib.
Şehan Karuntilaka 1975-ci ildə Şri-Lankada anadan olub. Yazıçının 2010-cu ildə nəşr olunan “Çinli: Pradipe Metyu haqqında əfsanə” romanı “Britaniya Biliyi Fondu”nun mükafatını qazanmışdı.
Buker mükafatı 1968-ci ildə Buker-Makkonnel (Booker, McConnel) qida şirkətinin dəstəyi ilə təsis edilib. İngilis dilində yazan müəlliflərə verilən mükafatın məbləği 50 min funt-sterlinqdir.
2005-ci ildə Almaniyanın “Man Group” şirkətinin də dəstəyi ilə Buker mükafatına əlavə olaraq “Beynəlxalq Buker mükafatı” (The İnternational Man Booker Prize) da təsis edilib. Bu mükafat ingilis dilinə tərcümə olunmuş və Böyük Britaniyada çap edilmiş əsərlərə verilir. Onun da məbləği 50 min funt-sterlinqdir və müəllif ilə əsərin tərcüməçisi arasında bərabər bölünür.
Bu il “Beynəlxalq Buker mükafatı”na hindistanlı yazıçı Qitancali Şri (Geetanjali Shree) və onun hind dilində yazdığı “Qum məzar” romanını ingiliscəyə (Tomb of Sand) çevirən Deyzi Rokuell (Daisy Rockwell) layiq görülüblər. Xatırladaq ki, 2022-ci il üzrə “Beynəlxalq Buker mükafatı”nın qalibləri mayın 26-da elan edilmişdi.
V.Kamal