Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ) və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin (MSXƏEBM) birgə təşkilatçılığı ilə Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində “Mədəni irsi qorumaq naminə – 65” adlı regional sərgi-seminar keçirilib.
MSXƏEBM-in direktoru, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova seminar iştirakçılarını salamlayaraq mərkəzin tarixi və fəaliyyəti haqqında bəhs edib.
Xaçmaz RMİ-nin kommunikasiya meneceri Fərid Musayev bildirib ki, MSXƏEBM ilə regional idarə arasında sıx əlaqə mövcuddur və bu günədək idarənin tabeliyində olan muzeylərin 1000-ə yaxın eksponatı Elmi Bərpa Mərkəzi tərəfindən bərpa və konservasiya edilib.
Digər çıxış edənlər ölkəmizdə muzey sahəsində həyata keçirilən islahatlardan söz açıblar.
Sonda Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasına və MSXƏEBM tərəfindən təşkil edilən regional idarənin tabeliyindəki muzeylərin kolleksiyalarına aid bərpa, konservasiya olunmuş eksponatların fotolarından ibarət sərgiyə baxış keçirilib.
Nurəddin