Noyabrın 8-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərin ikinci ildönümünə həsr olunmuş “Qələbə” musiqili-dram kompozisiyasının premyerası olacaq.

Səhnə əsərinin rejissoru Xalq artisti Aleksandr Şarovski, rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorovdur.

Vətənpərvərlik və bayram ovqatlı səhnə nümunəsi həm də teatrın “Şuşa İli” ilə bağlı sənət layihələrindən biridir.