Dünən Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Xocalı soyqırımı ilə əlaqədar tədbir keçirilib. Həmin tədbirdə Xocalı soyqırımı ilə bağlı Ədalət Əsgəroğlunun “Dərdimizin qan rəngi” kitabının təqdimatı da oldu. İlk olaraq tədbir iştirakçıları Xocalı şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra bir çox yaradıcı insanlar Ədalət Əsgəroğlunun kitabı haqqında danışdılar.
   Qeyd edək ki, kitab “525-ci qəzet”in “525 Kitab” seriyasından nəşr olunub. Elçın Hüseynbəyli, Vaqif Yusifli kitabdakı qan obrazının metoforikləşdirildiyini qeyd etdilər. Kitab dörd dildə nəşr olunub.
   
   ELMİN