Biləsuvarda “Hind quşu festivalı” keçirilib. Rayon İcra Hakimiyyəti, Biləsuvar RMİ, “Azər Home Chef” şirkəti və “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan festivalda hind quşu ətindən hazırlanan müxtəlif yeməklər qonaqlara təqdim edilib.
Festivalda idman oyunları keçirilib, yerli kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil edilib, əl işləri və rəsm əsərləri nümayiş olunub.
Biləsuvar, Cəbrayıl, Neftçala rayonlarından olan incəsənət ustaları konsert proqramı ilə səhnəyə çıxıblar. Biləsuvar Mədəniyyət Mərkəzinin “Şəhriyar” folklor rəqs qrupu, Salyan Mədəniyyət Mərkəzinin “Cəngi” milli nəfəsli folklor xalq kollektivi və Masallı Mədəniyyət Mərkəzinin “Halay” folklor rəqs qrupunun təqdim etdiyi proqram, həmçinin Salyan Dövlət Kukla Teatrının səhnəcikləri maraqla qarşılanıb.
Nurəddin