Bölgələrdəki mədəniyyət müəssisələrində istiqlal şairi Əhməd Cavadın (1892-1937) 130 illik yubileyi münasibətilə tədbirlər davam edir.

Ağcabədi RMİ Ağcabədi Rayon Mərkəzi Kitabxanası Uşaq şöbəsinin əməkdaşları fəal oxucuların iştirakı ilə “Əhməd Cavad dedikdə Cümhuriyyət başa düşürük!” adlı tədbir keçirib. İstiqlal şairinin həyat və yaradıcılığı haqqında məlumat verilib, şeirləri səsləndirilib.

***

Ağstafa RMİ Tovuz rayon Qovlar şəhər Uşaq musiqi məktəbində “Unudulmaz dahi” adlı tədbir təşkil olunub. Məktəbin direktoru Vəfa Kərimova qeyd edib ki, Ə.Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən söz ustalarındandır.

***

Şəki RMİ M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəki kənd Folklor evində “Azadlıq carçısı” mövzusunda tədbir təşkil edilib. Folklor evinin direktoru Rəşid Hüseynov şairin həyat və yaradıcılığı haqqında məlumat verib. Sonra Folklor evinin bədii özfəaliyyət kollektivinin üzvləri şairin şeirlərini qiraət ediblər.

M.F.Axundzadə adına Oğuz Rayon Mədəniyyət Mərkəzində isə “Mücahid şair –  Əhməd Cavad” adlı ədəbi-musiqili kompozisiya təqdim edilib. Tədbirdə Ə.Cavadın həyat və yaradıcılığı haqqında məlumat verilib, videoçarx nümayiş etdirilib, şeirləri oxunub, onlara bəstələnmiş musiqilər ifa olunub.

***

Sabirabad RMİ Şirvan Şəhər Mədəniyyət Mərkəzinin Şirvan klubu “Zülmə qarşı üsyankaram, əzilsəm də, susmaram” adlı tədbir keçirib. Mərkəzin əməkdaşları musiqi nömrəsi, 2 və 9 saylı tam orta məktəbin şagirdləri isə rəqs, səhnəcik nömrələri təqdim edib tədim edib, şeirlər səsləndiriblər.

Nurəddin Məmmədli