Bərdə RMİ Bərdə Rayon Mədəniyyət Mərkəzində “44 gün” sənədli filminin təqdimatı olub. Tədbirdə şəhid ailələri, qazilər, təhsil və mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Sənədli filmin müəllifi Günel Əliqızı və digər çıxış edənlər 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, otuzillik erməni işğalına son qoyulmasından danışıblar. Bildirilib ki, şəhidlərin həyat və döyüş yolu haqqında filmləri nümayiş etdirməkdə məqsəd vətənpərvərliyin mənəvi dəyər olduğunu hər kəsə aşılamaq, bu dəyəri tərbiyə elementinə çevirmək, həmçinin gənc nəsildə vətənpərvərlik hisslərinin daha da artırılmasına nail olmaqdır.
Sonra “44 gün” filmi nümayiş olunub. Qəhrəman döyüşçülərimizdən bəhs edən film izləyicilərə duyğulu anlar yaşadıb.
Nurəddin