Şəki RMİ Şəki şəhər uşaq incəsənət, 3 və 4 nömrəli uşaq musiqi məktəblərində müəllimlərin və şagirdlərin iştirakı ilə narkomaniyaya qarşı maarifləndirici tədbirlər keçirilib. Qeyd olunub ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövləti  sağlam nəslin formalaşması istiqamətində mühüm addımlar atır və narkomaniya ilə mübarizə də davamlı xarakter daşıyır.

***

Xaçmaz RMİ Şabran Rayon Mədəniyyət Mərkəzinin filialı olan Xaqani Poeziya evində “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib. Çıxış edənlər bu yöndə keçirilən tədbirlərin əhəmiyyətindən danışaraq məktəbliləri bu bəladan uzaq durmağa səsləyiblər.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 15 saylı kitabxana filialında yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin aparılması ilə əlaqədar olaraq “Narkomaniyaya birgə yox deyək!” başlığı altında tədbir keçirilib. Çıxışlarda narkomaniyanın müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan olduğunu söyləyib, xüsusilə məktəblilərin bu problemdən daim uzaq olmalarını tövsiyə ediblər.

***

Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Zərərdən uzaq – sağlam həyata yaxın” başlığı altında tədbir keçirilib. Muzeyin direktoru Əntiqə Tağıyeva yeniyetmə və gənclər arasında narkomaniya ilə bağlı bilik, mövqe və davranışların formalaşdırılması, həmçinin bu bəla ilə mübarizədə ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səy göstərməyin vacibliyindən danışıb. Bildirilib ki, sağlam düşüncəli insanlar dərk etməlidir ki, narkomaniya aradan qaldırılması mümkün olmayan fəsadlar törədir.

N.Məmmədli