Gəncədəki mehmanxanalar Azərbaycanda keçiriləcək “Eurovision - 2012” mahnı müsabiqəsi ərəfəsində bu şəhərə gələcək xarici turistlərə yüksək səviyyədə xidmət göstərmək məqsədilə hazırlıq işlərinə başlayıblar.
   Gəncə Regional Turizm İnformasiya Mərkəzindən bildiriblər ki, artıq mehmanxanalara xarici dilləri bilən çoxlu sayda işçi qəbul edilib və onlar xüsusi kurslarda məşğələlər keçiblər. Bundan əlavə, hər bir mehmanxana işçisi Azərbaycan, eləcə də Gəncə haqqında məlumatlarla bağlı müsabiqələrdən keçib.
   Mərkəzdən onu da bildiriblər ki, son üç ayda Gəncəyə 5 min 265 turist gəlib. Onlardan 1292 nəfəri xarici vətəndaş olub. Bütün bunlar isə onu göstərir ki, xarici turistlər arasında Azərbaycanın ikinci mədəniyyət mərkəzi olan qədim Nizami yurduna maraq gündən-günə artır.
   
   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar