Mayın 4-də Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın Geologiya İnstitutunun “Palçıq vulkanizmi” şöbəsi və “GEO Travel” turizm şirkətinin təşkilatçılığı ilə Qobustan rayonunda yerləşən palçıq vulkanlarına infotur təşkil ediləcək. İnfoturda Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin və AMEA Geologiya İnstitutunun əməkdaşları, KİV nümayəndələri iştirak edəcəklər. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı ölkə başçısı tərəfindən təsdiq edilmiş Tədbirlər Planının 30-cu bəndinin (“Palçıq vulkanizmi” turizm marşrutunun hazırlanması) icrasını təmin etməkdir.
   Ölkəmizdəki palçıq vulkanları dünyanın möcüzələrindən biri hesab olunur. Onların turizm nümayiş obyekti kimi tanıdılması və təşviq edilməsi, eyni zamanda ölkəmizə gələn turistlər üçün hazırlanmış turist proqramlara daxil edilməsi hazırda prioritet məsələ hesab olunur. İnfotur iştirakçılarına palçıq vulkanları haqqında ətraflı məlumat veriləcək.
   Qeyd edək ki, səfər zamanı Bakıdan cənuba, Ələt qəsəbəsi istiqamətində - Lökbatan, Daşgil və Qoturdağ vulkanları iştirakçılara təqdim olunacaq. Bunlar üç müxtəlif fəaliyyətdə olan vulkanlardır. Yolüstü qonaqlar Qaradağ Pilpiləsi, Otmanbozdağ və Böyük Kənizədağ vulkanları ilə də tanış olmaq imkanı əldə edəcəklər. 
   
  Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar