Mayın 4-dən 6-dək Gürcüstanın Batumi şəhərində beynəlxalq turizm sərgisi keçirilib
   «Expo Batumi-2012» sərgisində ölkəmizdən “Millennium Tourism&Congress DMC” şirkəti iştirak edib. Şirkətin direktoru Ruslan Quliyevin sözlərinə görə, sərgidə 10 ölkə təmsil olunub: “Türkiyə, Azərbaycan və İranın turizm imkanları böyük formatda nümayiş etdirilib. Sərginin təşkilatçıları gələcəkdə tədbirin formatını genişləndirməyi nəzərdə tuturlar. Düşünürəm ki, «Expo Batumi-2012» sərgisi «İpək Yolu» layihəsində intensiv işləməyimizi təmin edəcək».
   R.Quliyev sərgidə Azərbaycanın stendinə böyük maraq olduğunu dedi. Ziyarətçiləri əsasən Naftalan sanatoriyaları, Xəzər dənizi sahilində istirahət daha çox maraqlandırıb.
   Azərbaycan təmsilçiləri sərgi zamanı gürcüstanlı həmkarları ilə əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Bu müzakirələrdən biri mayın sonu-iyunun əvvəli «Millennium» şirkətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq «Müqəddəs torpağa yol» adlı turla bağlı olub. Malayziyanın Kuala-Lumpur şəhərindən start götürəcək avto-moto tur Laos, Tailand, Çin, Qazaxıstan, Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Suriya, İordaniyadan keçərək Ciddə şəhərində (Səudiyyə Ərəbistanı) başa çatacaq. Marşrutun uzunluğu 21 min kilometr, müddəti 63 gündür.

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar